"Əsl peşmanlıq hissi var" - Samir Abasov

20:05 7 Dekabr 2015

"Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik. Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budur".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, Topaz Premyer Liqasının XV turunda "Kəpəz"lə 2:2 hesablı heç-heçəni şərh edib:

 

"Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm".


Digər xəbərlər

Xəbər xətti