Şahin Diniyevin heç-heçə şərhi

20:10 7 Dekabr 2015

Topaz Premyer Liqasının XV turunda səfərdə "Sumqayıt"ın qonağı olan "Kəpəz" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb. Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini açıqlayıb:

"Maraqlı oyun alındı, “Sumqayıt” komandasına belə bir oyun təklifinə görə təşəkkür edirəm. İlk hissədə bizim, ikinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün şansları oldu. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Düşünürəm ki, komandalar bu gün xal itirmədilər, xal qazandılar. Maraqlı, sürətli, ritmli bir futbol oldu. Dəyişiklik etmək baxımından ciddi imkanlarımız yoxdur. Amma Sitnikin oyuna daxil olması işimizə yaradı. Futbol təkcə gözəlliyə yox, əsasən nəticəyə hesablanmış oyundu. Bunlardan biri olanda digəri olmur. Birinci hissədə biz əks hücumlarda oynamağa çalışdıq. Bilirdim ki, “Sumqayıt” sürətli komandadır, onlara meydan versəydik, “tutulacaqdıq”. İlk hissədə hər iki komanda gözləmə mövqeyini tutdu, ikinci hissə isə tamamilə fərqli oyun oldu. İkinci hissədə hər iki komanda qələbə üçün oynadı".


Digər xəbərlər

Xəbər xətti