“İnter”in ulduz futbolçusu Mauro İkardi gecə saatlarında naməlum şəxslər tərəfindən soyulub.
Sportarena.az xəbər verir ki, dünən gecə saatlarında Milanın mərkəzində maşınından enərkən 2 naməlum şəxs tərəfindən silahla hədələyib pullarını istəyib. Argentinalı oyunçunun dediklərinə görə pulla qane olmayan soyğunçular futbolçunun qolundakı “Hubolt” markalı saatını da əlindən alıblar.