Azərbaycan Premyer Liqasının XV turuna bu gün keçirilən “Rəvan” – AZAL oyunu ilə yekun vuruldu. Matçda hesab açılmadı.
Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.