Bildiyiniz kimi Rahid Əmirquliyevin "Xəzər Lənkəran" forması ilə son oyunlarıdır.
Sportarena.az xəbər verir ki, lənkəranlı azarkeşlər klub rəhbərliyinə kapitanın formasının əbədiləşdirilmsi üçün müraciət ediblər. Rəhbərlik bu təklifi müsbət cavablandırıb.
Yaxın zamanlarda "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər mərkəzi stadionunda yerləşən klubun muzeyində Rahid Əmirquliyevin forması da yer alacaq. Bundan əlavə kapitanın "Xəzər Lənkəran"da geydiyi "14" nömrəli forma əbədiləşdiriləcək və bundan sonra o nömrə ilə heç bir futbolçu "ağ-yaşıllar"ın heyətində meydana çıxmayacaq.
Qeyd edək ki, məlumatı "Xəzər Lənkəran"ın azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi Elman Tağızadə "facebook" hesabında paylaşıb.