"Arsenal"da ciddi itki: 4 ay olmayacaq

01:25 8 Dekabr 2015

“Arsenal”ın yarımmüdafiəçisi Santi Kazorla əməliyyat olunub.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XIV turunda “Norviç”lə matçda dizindən zədələnən Kazorlanın əməliyyatı uğurla həyata keçib. İspaniyalı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, “Norviç” – “Arsenal” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti