"Karşıyaka" Kamran Ağayevdən imtina etdi

11:28 8 Dekabr 2015

Milli komandamızın qapıçısı Kamran Ağayev "Karşıyaka"dan ayrılır. Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, 3 aydı maaş almadığı üçün İzmir klubundan ayrılmaq istəyən qolkiperimizin xidmətində artıq sözügedən komanda da maraqlı deyil.

 

Gənc qapıçısı Ersin Aydının son turlarda uğurlu çıxışı rəhbərliyi bu fikrə gətirib. Elə azarkeşlər də çərçivənin istedadlı qolkiperə həvalə olunmasında maraqlıdırlar.

 

Klubun yaxın günlərdə Kamran Ağayevlə yollarını ayırdığını açıqlayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti