Rasim Ramaladnovdan sonra daha 2 futbolçu "Xəzər Lənkəran"ı tərk edib. Sportarena.az xəbər verir ki, Adrian Skarlatake ilə Sadio Tounkara da "ağ-yaşıl" forma ilə vidalaşıb.
Onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hər iki futbolçu artıq komandadan ayrılıb.
Qeyd edək ki, Rahid Əmirquliyev də komandanı tərk edib. Amma digərlərindən fərqli, Rahid ilin sonunadək komandaya kömək edəcək.