"Qarabağ"la oyun öncəsi "Anderlext"də 2 itki

14:27 8 Dekabr 2015

Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Stiven Defur Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində "Qarabağ"a qarşı oynaya bilməyəcək. Sportarena.az xəbər verir ki, buna səbəb onun cəzalı olmasıdır.

 

Onu Leander Dendokerin əvəzləməsi gözlənilir. Lakin bu futbolçunun da komandamıza qarşı oynaması sual altındadır. Çünki xeyli müddət zədəli olan 20 yaşlı xavbek yenicə məşq etməyə başlayıb və fərdi qaydada hazırlaşır. Ona görə də Dendokerin "Qarabağ"la oyuna qədər tam hazır olub-olmayacağı bilinmir.


Digər xəbərlər

Xəbər xətti