Beynəlxalq Bank "İnter"lə müqavilə müddətini uzatdı

15:20 8 Dekabr 2015

Azərbaycan Beynəlxalq Bankı baş sponsoru olduğu "İnter" klubu ilə müqavilə müddətini artırıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.

 

Bank rəsmisi müqavilə müddətinin dəqiq vaxtını açıqlamasa da, bildirib ki, 2016-cı ildə də sponsorluq davam etdiriləcək: "Azərbaycan Beynəlxalq Bankı “İnter” futbol klubuna əvvəllər də dəstək verib, bu dəstəyi indi də davam etdirir və 2016-cı ildə də davam etdirəcək".

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən "İnter"ə sponsorluq edir.


Digər xəbərlər

Xəbər xətti