"Kəpəz"in 300-cü qolu kapitandan gəldi

15:37 8 Dekabr 2015

Tural Axundov “Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olub.

 

Sportarena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində matçdakı (2:2) son qolu vuraraq, buna nail olub. Bu görüşədək qərblilər 298 dəfə rəqib meydanlarında qola sevinmişdi. 245 matçda 300 dəfə fərqlənən “Kəpəz” öz qapısından 341 qol buraxıb.

 

Gəncəlilər Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komandadır. Yalnız iki komanda “Neftçi” və “Qarabağ” rəqib meydanında daha çox fərqlənib. Bakılılar 482, ağdamlılar 388 dəfə bunu bacarıb.


Digər xəbərlər

Xəbər xətti