Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Topaz Premyer Liqasının 14-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Premyer Liqanın XV turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Sumqayıt” – "Kəpəz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Premyer Liqanın XV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.