Hakimi söyən futzalçıya 4 oyunluq cəza

16:43 8 Dekabr 2015

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal üzrə Azərbaycan birinciliyinin son turunun oyunları da müzakirə olunub.

 

Sportarena.az xəbər verir ki, "Standard" – “Qatar” matçının 25-ci dəqiqəsində “Standard” klubunun 4 №-li futbolçusu Əfqan Camalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.

 

Oyunun 29-cu dəqiqəsində “Standard” klubunun 14 №-li futbolçusu Elşad Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır


Digər xəbərlər

Xəbər xətti