"Azərbaycan komandası üçün daha artığını etmək çətin idi" - Dodo

18:45 8 Dekabr 2015

"Krasndar"a qarşı oyunda şansımız olmasa da, bir motivasiya axtarıb tapmalıyıq. Ən azından qrup mərhələsini qələbə ilə başa vurmaq olar. Avropa Liqasındakı iştirakımızı xoş sonluqla bitirməliyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Dodo ölkəsinin mətbuatına açıqlamasında deyib. Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiyanın “Krasnodar” klubu ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayıb:

 

"Ümumiyyətlə bu turnirdə çıxışımızı müsbət qiymətləndirirəm. Çünki biz Avropada təcrübə qazandıq. Kifayət qədər böyük komandalarla rəqib olduq. Azərbaycan komandası üçün ilk dəfə qatıldığı turnirdə daha artığını etmək çətin idi. Amma inanıram ki, qarşıda daha yaxşı olacaq”.


Digər xəbərlər

Xəbər xətti