"Anderlext"in prezidenti ümidlidi: "Bizim bir hədəfimiz var"

18:58 8 Dekabr 2015

Belçikanın "Anderlext" klubunun prezidenti Roje van den Stok Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Sportarena.az xəbər verir ki, o, təmsilçimizə qalib gəlmək istədiklərini bildirib:

 

"Bizim bir hədəfimiz var - "Qarabağ"a qalib gəlmək. Başa düşürəm ki, "Anderlext" hazırda idealdan uzaqdır. Belçika Kubokunda "Kortreyk"ə uduzduq. Amma "Genk"lə son matçda göstərdiyimiz oyun Avropa Liqasında yaxşı sonluğa ümid etməyə əsas verir".


Digər xəbərlər

Xəbər xətti