"Qəbələ"nin rəqibi aksiyaya başlayır

19:12 8 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə mübarizə aparan PAOK-un futbolçuları tətilə başlayır. Sportarena.az xəbər verir ki, buna Yunanıstan Peşəkar Futbolçular Assosiasiyasının qərarı səbəb olub.

 

Belə ki, təşkilat oyunçuların müddətsiz tətilə başlayacağını elan edib. Futbolçular artıq gələn həftədən etibarən etirazlarını bu cür sərt şəkildə büruzə verəcək.

 

Assosiasiyanın yaydığı bəyanatda futbolçuların səbir kasasının daşdığı, onların boş-boş vədlərdən bezdiyi cana gəldiyi qeyd olunub. Müqavilələrin bütün şərtlərinə əməl edilməsini tələb edən futbolçular istəkləri həyata keçənədək meydana çıxarmayacaq.

 

Qeyd edək ki, Yunanıstan Liqası maliyyə böhranı ilə üzləşən klubları tərk edən oyunçulara kompensasiya veriləcəyini açıqlasa da, vədinə əməl etməyib.


Digər xəbərlər

Xəbər xətti