"Xəzər Lənkəran" hazırlaşır: Əsas heyətə yeni futbolçular dəvət olunacaq

10:27 9 Dekabr 2015

Premyer Liqanın XVI turunda səfərdə AZAL-la qarşılaşacaq "Xəzər Lənkəran" doğma şəhərdə hazırlıqlarını davam etdirir.

 

Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komanda dünən saat 16:00-da stadionun ehtiyat meydançasında növbəti məşqini keçirib. Hazırlıq prossesində əvvəlki günlərlə müqayisədə az sayda futbolçu qatılsa da, qarşıdakı oyun üçün yenə də klubun Akademiyasından bir neçə futbolçunun əsas komandaya dəvət olunacağı gözlənilir.

 

Xatırladaq ki, "Xəzər Lənkəran" Premyer Liqanın XVI turu çərçivəsində dekabrın 13-də AZAL klubunun qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti