Premyer Liqanın 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı oyunun gedişində zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalan "Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanovun durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, həkim müayinəsindən sonra onun zədəsinin ciddi olmadığı məlum olub. Qurbanov 16-cı turda "Qarabağ"a qarşı oyunda meydana çıxa biləcək.
Qeyd edək ki, "Zirə" - "Qarabağ" matçı dekabrın 13-ü keçiriləcək.