"Monako"nun baş məşqçisi "Qarabağ"a inanmır

13:21 9 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Tottenhem"in qonağı olacaq "Monako"nun baş məşqçisi Leonardu yardim çətin matçda əsas heyətin bəzi aparıcı üzvlərinə istirahət verəcək. Sportarena.az xəbər verir ki, buna səbəb təcrübəli mütəxəssisin qrupun digər oyununda "Qarabağ"ın "Anderlext"i büdrədə biləcəyinə inanmamasıdır.

 

Knyazlıq təmsilçisinin heyətində İvan Kavalyero, Joao Moutinyo, Tomas Lemar və Ceremi Tulalanın meydana çıxmayacağı gözlənilir.

 

Qvido Karrilyo və Fabio Koentrao isə zədəli olduqlarından sabahkı oyunu buraxacaqlar.


Digər xəbərlər

Xəbər xətti