"Xəzər Lənkəran" klubu qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. Sportarena.az xəbər verir ki, transfer dövründə 6 oyunçunun keçidi rəsmiləşdiriləcək.
Onlardan 2-si müdafiəçi, 2-si yarımmüdafiəçi, 2-si isə hücumçu olacaq. Artıq iki legioner futbolçu ilə danışıqlar aparılır. FİFA-nın transfer qadağası üzündən keçidi yayda alınmayan xorvatiyalı yarımmüdafiəçi Samin Muminoviç və adı açıqlanmayan serbiyalı hücumçu qışda komandaya qoşulacaq.
Digər 4 futbolçunun axtarışı isə Nigeriya və Ukraynada aparılır.(Report)