Topaz Premyer Liqasının XVI turunda dekabrın 11-də "Kəpəz" Gəncə şəhər stadionunda "Rəvan"ı qəbul edəcək. Sportarena.az xəbər verir ki, qərb təmsilçisi matçın hazırlığına dünəndən başlayıb.
Bakı klubu ilə oyuna az vaxt qaldığından “Sumqayıt”la matçdan sonra futbolçulara istirahət verməyən məşqçilər korpusu komandanı məşqə çıxarıb. Hazırlıq prosesi dəniz kənarında keçib. Futbolçular fiziki hazırlıq üzərində çalışıblar.
Məşq planına əsasən, “sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında keçiriləcək. Dekabrın 10-da “Kəpəz” Gəncəyə gedəcək. Komanda oyun öncəsi son məşqə matçın keçiriləcəyi arenada çxacaq.