Kliçkoya qalib gələn boksçuya şok: Titulu əlindən alındı

16:28 9 Dekabr 2015

Superağır çəkidə 3 versiya üzrə dünya çempionu Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının (İBF) titulundan məhrum edilib. Sportarena.az xəbər verir ki, buna 27 yaşlı idmançının Vladimir Kliçko ilə revanş döyüşünə çıxmaq istəyi səbəb olub.

 

Halbuki böyük britaniyalı boksçu İBF tituluna mütləq iddiaçı, ukraynalı Vyaçeslav Qlazkovla görüşə razılaşmalı idi. Onun nümayəndələri qərardan apellyasiya verəcəklərini bildiriblər.

 

Qeyd edək ki, Tayson Fyuri Vladimir Kliçkonu noyabrın 29-da Almaniyanın Düsseldorf şəhərində yenib.


Digər xəbərlər

Xəbər xətti