"Sabah meydana əsas heyətlə çıxacağıq. Amma bəzi zədəli oyunçularımız var ki, Bakıya gətirilməyiblər. Onlardan başqa bütün əsas oyunçularımız "Qəbələ"yə qarşı oynayacaqlar".
Sportarena.az "apasport.az" saytına istinadən xəbər verir ki, bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Krasnodar" sabah "Qəbələ"nin qonağı olacaq. Matçdan öncə mətbuat konfransı keçirən Kononov bunları deyib:
"Qrup birincisi olmaq imkanımız var. Bu da növbəti mərhələyə səpələnmişlərin arasında çıxmaq şansı yaradır. Bunun da üstünlüyü var. Bir də ki, ili yaxşı bitirmək arzusundayıq. Bu mənada, qələbə bizim üçün önəmlidi".