Millimiz Monqolustana ciddi itki ilə yollandı

15:06 11 Dekabr 2015

Cüdo üzrə Azərbaycan milli komandası Monqolustanın paytaxtı Ulan-Batorda təlim-məşq toplanışını davam etdirir. Sportarena.az xəbər verir ki, zədə ucbatından bu ölkəyə səfər etməyən Nicat Şıxəlizadə istisna olmaqla, yığmamız bütün heyətlə toplantıda iştirak edir.

 

Milli komandanın baş məşqçisi Peter Zayzenbaherin rəhbərliyi altında keçən təlim-məşqdə cüdoçularımız böyük əzmlə çalışmaqdadırlar. Yüksək səviyyədə təşkil olunan toplantı dekabrın 22-dək davam edəcək.


Xatırladaq ki, cüdoçularımız bu günlərdə Çin və Cənubi Koreyada keçirilən Qran-pri, eləcə də Yaponiyada təşkil olunan “Böyük dəbilqə” yarışlarında iştirak ediblər və bu turnirlərin hər üçündə medallar qazanıblar.


Digər xəbərlər

Xəbər xətti