Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə təyinat alan Əliyar Ağayev vəzifəsinin öhdəsindən layiqincə gəldi.
Sportarena.az "Sport7.az"aistinadən xəbər verir ki, Avstriyada keçirilən"Rapid” (Vyana, Avstriya) – "Dinamo” (Minsk, Belarus) maçtını idarə edən FİFA referisi doğru qərarları ilə yadda qaldı.
Oyunun 21-ci dəqiqəsində qonaqların qapısına penalti təyin edən 28 yaşlı referi, düzgün qərarı ilə Avroliqa matçına boşuna təyinat almadığını isbatlamış oldu. Qarşılaşma ərzində əlini cəmi 1 dəfə cibinə atan Ağayev avstriyalılardan Stepan Aueri sarı vərəqə ilə cəzalandırdı. Onun idarəçiliyi qarşılaşmanın hakim-inspektoru Lusiano Luçinin də xoşuna gəlib. Əldə etdiyimiz məlumata görə, Əliyarın idarəçiliyinin 8,4 balla qiymətləndiriləcəyi gözlənilir ki, bu da ilk dəfə Avroliqa matçını idarə edən hakimimiz üçün əla göstəricidi. Rəsmi nəticələrin isə 2 gün ərzində açıqlanacağı gözlənilir.
Xatırladaq ki, Vyanada keçirilən qarşılaşmada Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənovla Orxan Məmmədov idi. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirdi.
Qeyd edək ki, azərbaycanlı hakimlərin idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı