"Buna sadəcə təəssüflənməzdim, dəli olardım" - Samir Abasov

19:15 11 Dekabr 2015

"Sanki, “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər. Həyəcanlı bir görüş alındı, heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə qazana bilərdik. Bu hesab da məni razı salır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. Gənc mütəxəssis Premyer Liqanın XVI turunda "İnter" üzərində qələbəni şərh edib:

 

"Qarabağ" kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zaurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3-0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım".


Digər xəbərlər

Xəbər xətti