Topaz Premyer Liqasının XVI turunda "Sumqayıt"ı qəbul edən "İnter" 2:3 hesabı ilə uduzub. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini açıqlayıb:
"Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır".