2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə komandanın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb.
Sportarena.az xəbər verir ki, Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 2012-ci ilin 21 fevralında futbolçu ilə imzalanmış müqaviləyə “Bakı təmsilçisi tərəfindən birtərəfli qaydada xitam verilmişdi. Həmin ilin 13 martında isə “Neftçi” tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdır. Belçikalı futbolçu da da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq, "ağ-qaralar"dan təzminat tələb etmişdi. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı. Bu qərarla əlaqədar olaraq cari ilin 15 iyununda “Neftçi” Emil Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam eedən araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlamışdı.