Məşhur azərbaycanlı samboçu, “Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
Sportarena.az Trend-ə istinadən xəbər verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.
Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib.
Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.