Premyer Liqasının XVII turunda doğma meydanında "İnter”i qəbul edəcək "Rəvan” oyuna ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, "aslanlar” aparıcı müdafiəçi Novruz Məmmədovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb Məmmədovun Premyer Liqanın XVI turunda "Kəpəz”lə səfər oyununda (0-0) sarı vərəqə almasıdır.
Qeyd edək ki, "Rəvan” – "İnter” oyunu dekabrın 15-də baş tutacaq.