"Xəzər Lənkəran" "təyyarəçilər" üçün hazırlığını tamamladı

00:02 13 Dekabr 2015

Premyer Liqanın XVI turunda AZAL klubunun qonağı olacaq “Xəzər Lənkəran” oyun öncəsi son məşqini keçirib.

Sportarena.az xəbər verir ki, komanda dekabrın 12-də saat 16:00-da “AZAL Arena” stadionunda son hazırlığa başlayıb. Taktiki çalışmalardan ibarət olan və 50-dəqiqə davam edən məşqin ardından komanda otelə qayıdaraq matçın başlama saatına qədər istrahətə çəkilib.
 Xatırladaq ki, AZAL – “Xəzər Lənkəran” görüşü “AZAL Arena”da dekabrın 13-də saat 15:00-da start götürəcək. CBC Sport kanalı bu oyunu yayımlamaqdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti