"Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XVI turunda AZAL-a 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq. Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil".