"Hücumda problemlər çoxdur" - Tərlan Əhmədov

17:57 13 Dekabr 2015

Premyer Liqanın XVI turunda evdə "Xəzər Lənkəran"ı qəbul edən AZAL 1:0 hesablı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

 

"Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək".


Digər xəbərlər

Xəbər xətti