Premyer Liqanın XVI turunda "Neftçi"ni qəbul edən "Qəbələ" minimal hesabla uduzub. Sportarena.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı. Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idi. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı".