"Son məşqlərdə onu daha "diri" gördüm" - Əsgər Abdullayev

18:46 13 Dekabr 2015

İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. Premyer Liqanın XVI turunda "Qəbələ" üzərində səfər qələbəsini dəyərləndirən təcrübəli mütəxəssis komandada qalıb-qalmayacağı ilə bağlı məsələyə də toxunub: "Komandada qalıb-qalmamağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir".

 

Abdullayev Filyonun əsas heyətdə meydançaya çıxmasının təsadüfi olmadığını bildirib: "Son məşqlərdə onu daha "diri" gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar".


Digər xəbərlər

Xəbər xətti