"Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq"

00:07 14 Dekabr 2015

"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə "Qarabağ"la qolsuz bərabərə qaldıqların oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 Sportarena.az komanda.az-a istinadən xəbər verir ki, Şükürov belə danışıb:
 

- Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdur. 1 xal qazandıq.

- Oyundan öncə 1 xala razı idiz?
- Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda, 1 xal yaxşı nəticədir. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də, meydana qələbə üçün çıxmışdıq.
 

- İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiz ilk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?
- İlk oyunda məğlub olmağımıza səbəb açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.


Digər xəbərlər

Xəbər xətti