"Neftçi”nin futbolçusu Rodriges Filyo Jaires Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ” ilə oyundan sonra fikirlərini bildirib. Sportarena.az xəbər verir ki, yeganə qolun müəllifi klub televiziyasına açıqlamasında çox yaxşı oynadıqlarını bildirib:
"Həm hücumda, həm də müdafiədə komanda olaraq əlimizdən gələni etdik. Bu oyunu sərgiləmək üçün həftəboyu gərgin hazırlaşmışdıq. Gələcəkdə də bu cür oyunu davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, digər oyunları da udaq. Çünki "Neftçi” yalnız qələbə qazanmaq və birinci yer üçün oynayır".
Qeyd edək ki, 1:0 hesablı qələbə sayəsinndə "Neftçi" xallarını 23-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.