Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasının da püşkü atılıb. Sportarena.az xəbər verir ki, 1/16 finala adlayan komandalar bu mərhələdəki rəqiblərini tanıyıb.
Qrup qalibləri səpələnmiş, qrup ikinciləri isə səpələnməmişlər səbətində yer alıblar. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən bu səbətlərə bərabər bölünüblər.
Qeyd edək ki, Avropa Liqasında 1/16 finalın oyunları 18-25 fevral tarixlərinə keçiriləcək.
Avropa Liqasında 1/16 final mərhələsinin cütlükləri
"Valensiya" (İspaniya) - "Rapid" (Vyana, Avstriya)
"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)
"Fənərbaxça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
"Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
"Midtyulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)
"Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)
"Sparta" (Praqa, Çexiya) - "Krasnodar" (Rusiya)
"Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)
"Sion" (İsveçrə) - "Braqa" (Portuqaliya)
"Şaxtyor" (Ukrayna) - "Şalke" (Almaniya)
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
"Sevilya" (İspaniya) - "Mölde" (Norveç)
"Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya)
"Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)