AFFA-dan Dilçilik İnstitutunun məktubuna cavab - RƏSMİ

14:48 14 Dekabr 2015

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan Premyer Liqasında çıxış edən klubların geyimlərində futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı müraciətinə cavab verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə APA-ya Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib.

 

Onun sözlərinə görə, AFFA-dan bildirilib ki, Premyer Liqadan çıxış edən komandaların geyimləri çempionat başlamazdan 2-3 ay əvvəl sifariş edilir: “Cavab məktubunda qeyd olunub ki, geyimlərin üzərindəki ad və soyadların mövsümün gedişində yenilənməsi texniki baxımdan çətin olduğuna görə məsələnin növbəti mövsümdən etibarən müsbət həllini tapması üçün Dilçilik İnstitutunun məktubu Azərbaycan çempionatının təşkil işləri ilə məşğul olan Peşəkar Futbol Liqasına yönləndirilib”.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların geyimində ad və soyadlar əcnəbi qrafikalarda yazılıb. Bununla bağlı, AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edib.


Digər xəbərlər

Xəbər xətti