Peşəkar Futbol Liqası daha bir oyunun təqvimində dəyişiklik edib. Sportarena.az xəbər verir ki, bu dəfə I divizionun bir matçının tarixi dəyişdirilib.
Belə ki, MOİK – “Şəmkir” oyunu dekabrın 17-də yox, 18-də baş tutacaq. Dəyişikliyə səbəb görüşün canlı yayımlanmasıdı.
Qeyd edək ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan XIII tur oyunlarından sonra I divizionda fasilə yaranacaq.