"Qalatasaray"da şok zədə: matçı yarımçıq başa vurdu

23:21 14 Dekabr 2015

Türkiyə Super Liqasının 15-ci turunun hal - hazırda davam edən "Beşiktaş" - "Qalatasaray" matçında "aslanlar"ın futbolçusu zədələnib.
Sportarena.az xəbər verir ki, matçın 35-ci dəqiqəsində əzələsindən zədə alan "Qalatasaray"ın qol silahı Burak Yılmaz oyunu tərk etməli olub. Yerini Umut Buluda verən Burakın zədəsinin nə dərəcədə ciddi olduğu müayinədən sonra bilinəcək.
Qeyd edək ki, matç 1:1-lik bərabərliklə davam edir.


Digər xəbərlər

Xəbər xətti