Ötən gün keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması zamanı şarları çıxaran Argentina futbolunun məşhur siması, "İnter"in vitse-prezidenti Xavyer Zanetti fırıldaqçılıqda şübhəli bilinir.
İsveçin "Expressen" portalı və Avropanın bir sıra nəşrləri artıq bu barədə yazıblar.
Bildirilir ki, Zanetti şarları çıxararkən vazada onlardan birini əlində tutaraq qarışdırır. Onun bu hərəkəti bir neçə şarı çıxardarkən etdiyi söylənilir.
Videodakı görüntüdə Zanettinin "Roma"ya rəqib çıxadrığı vaxtdı. İtaliya təmsilçisi 1/8 finalda Madrid "Real"ı ilə üz-üzə gələcək.