"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri zədəsini sağaldıb. Sportarena.az xəbər verir ki, XI turun "Zirə" ilə oyununda zədələnən futbolçu artıq sıraya dönüb.
Təcrübəli oyunçu artıq komanda ilə məşqlərə başlayıb. Onun bu gün "Rəvan"a qarşı oyunda meydana çıxması istisna olunmur.
Yarımmüdafiəçi 90 dəqiqə oynamağa hələ tam hazır olmasa da, böyük ehtimalla o, matçın gedişində mübarizəyə qoşulacaq.