Ötən gün "Sumqayıt" Futbol Klubunun sadiq azarkeşi Fərhad Bayramovun 19 yaşı tamam olub. Sportarena.az xəbər verir ki, bu münasibətlə, "Sumqayıt" Futbol Klubunun əsas komandası azarkeşlə görüşərək onu təbrik edib. Komandanın baş məşqçisi Samir Abasov üzərində futbolçuların imzası olan topu Fərhada hədiyyə edərək komanda adından ona cansağlığı və işlərində uğurlar arzulayıb.
Fərhad da öz növbəsində bütün komandaya minnətdarlığını bildirib: "Həqiqətən bu mənim üçün gözlənilməz oldu. Ad günüm üçün ən böyük hədiyyələrdən biri idi. Bütün komanda üzvlərinə təşəkkür edirəm, sağolsunlar. Nəticədən asılı olmayaraq, biz daima "Sumqayıt" FK-nu dəstəkləyəcəyik".