Maşallah Əhmədov saxlanıldı

14:20 15 Dekabr 2015

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb. Sportarena.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M.Əhmədov dələduzluqda təqsirləndirilir.

 

Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

 

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

 

M.Əhmədovun saxlanması barədə ilk xəbəri “Bizimyol.info” saytı yayıb. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.


Digər xəbərlər

Xəbər xətti