"Qarabağ" Avropada ilk "onluq"da

18:20 15 Dekabr 2015

UEFA Avropa Liqasının qrup mərhələsi oyunlarını izləyən azarkeşlərin sayını açıqlayıb.

 

Sportarena.az Sport7.az-a istinadən xəbər verir ki, orta hesabla hər qarşılaşmanı tribunadan 18486 nəfər izləyib. Ümumilikdə isə qrup mərhələsinin oyunlarına stadiondan 2 milyon 661 min 971 tamaşaçı baxıb.

 

Ən çox azarkeş toplayanan komandaların siyahısında cari mövsümdə yer aldığı qrupda sonuncu olan təmsilçimiz "Qarabağ"ın da adı var. Orta hesabla ağdamlıların oyunlarını Tofiq Bəhramov adına Respublika stadionundan 27733 azarkeş izləyib. Ümumilikdə isə bu rəqəm 83200 nəfərə bərabərdi. Məhz bu nəticəyə görə, Qurban Qurbanovun komandası "Top-10"a düşə bilib.

 

İlk pillədə hər ev oyununa 55803 nəfər azarkeş gələn Dortmund "Borussiya"sıdı. Avroliqanın qrup mərhələsində almanlarla rəqib olan "Qəbələ" isə ev oyunlarına ümumilikdə 18300 tamaşaçı toplayıb. "Qırmızı-qaralar" bu göstəriciyə görə 43-cü pillədədir. Avroliqanın qrup mərhələsində ən çox azarkeş toplayan 10 klubu təqdim edirik:

 

1. "Borussiya” (Dortmund, Almaniya) - 55803
2. "Ayaks” (Hollandiya) – 48282
3. "Şalke” (Almaniya) - 45603
4. "Liverpul” (İngiltərə) - 40909
5. "Seltik” (Şotlandiya) – 40840
6. "Rapid” (Avstriya) - 36800
7. "Atletik” (Bilbao, İspaniya) - 35723
8. "Fənərbaxça” (Türkiyə) - 35388
9. "Tottenhem” (İngiltərə) - 31355
10. "Qarabağ” (Azərbaycan) - 27733


Digər xəbərlər

Xəbər xətti