"Real" rəhbərliyi Rafael Benitesə əvəzləyici tapıb.
Sportarena.az xəbər verir ki, cari mövsüm təkcə uğursuz nəticələr deyil, komandanın göstərdiyi baxımsız oyuna görə də etimadını itirən ispan mütəxəssisi bu postda Zinəddin Zidan əvəzləyə bilər.
Əgər yaxın günlərdə Beniteslə yollar ayrılsa, yeni baş məşqçi hazırda "Real"ın əvəzedici komandasını çalışdıran Zidan olacaq.
Qeyd edək ki, fransız mütəxəssisin "kral klubu"nun sükanı arxasına keçməsi yeni iddia deyil. Hələ bir müddət öncə də bu barədə xəbərlər dolaşırdı.