Azərbaycaan Premyer Liqasının XVII turuna bu gün keçirilən “Rəvan” – “İnter” görüşü ilə start verildi. Oyun qonaqların 2-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Zaur Svanadze (“İnter”in baş məşqçisi): “2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.