"İnter" rəhbərliyində dəyişiklik və yeni Müşahidə Şurası

13:11 16 Dekabr 2015

Azərbaycan Beynəlxalq Bankı növbəti illərdə də paytaxtın "İnter" klubuna sponsorluq edəcək. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, hazırda yeni müqavilə hazırlanır.

 

Yanvar ayında klubla yeni razılaşmanın imzalanacağı planlaşdırılır. Bundan sonra "İnter"in Müşahidə Şurasının yeni üzvləri ictimaiyyətə təqdim olunacaq. Klubun rəhbər vəzifələrində də dəyişikliklərin olacağı istisna edilmir.

 

Qeyd edək ki, Müşahidə Şurasının yeni üzvləri dəqiqləşəndən sonra əksər futbolçularla müqavilələr yenilənəcək.


Digər xəbərlər

Xəbər xətti