Arda keçmiş sevgilisi ilə münasibətə son qoydu - FOTO

13:25 16 Dekabr 2015

"Barselona"nın türk futbolçusu Arda Turan bir zamanlar çox yaxın olduğu aparıcı Burcu Esmersoyla münasibətinə son qoyub.

 

Sportarena.az xəbər verir ki, Aslıhan Doğanla evlənməyə hazırlaşan futbolçu daha əvvəl Tvitterdən sildiyi aparıcının İnstaqramdakı profilini izləməni də dayandırıb.

 

Keçən həftə sevgilisiylə İstanbula gələn Arda qatıldığı "GQ İlin adamı" tədbirində mükafat almaq üçün səhnəyə çıxarkən Burcu səhnəni tərk etmişdi. Aralarındakı münasibəti daha da gəginləşdirən bu hadisədən sonra Aslıhan sevgilisinə "bu qızı hələ də niyə təqib edirsən?" deyib.

 

Lakin Burcu Arda Turanı hələ də İnstaqramda izləyir və birgə fotolarını səhifədən silməyib.


Xəbər xətti